4 yaşlı uşaq binanın 4-cü mərtəbəsindən düşərək ölüb

4 Oktyabr 2022 08:19 (UTC+04:00)

Bakının Nizami rayonunda uşaq ehtiyatsızlıqdan ölüb. SİA xəbər verir ki, hadisə Qara Qarayev prospekti 92 ünvanında qeydə alınıb.

Belə ki, 2018-ci il təvvəllüdlü Ağayeva Zəhra Qafar qızı valideyn nəzarətindən kənar yaşadığı mənzilin yataq otağının pəncərəsindən yerə düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, uşaq binanın 4-cü mərtəbəsindən yerə düşüb.