Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, 1990-cı il təvəllüdlü Əlihüseynov Bəhruz İlqar oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.