Qarındakı piyləri bu üsulla əridə biləesiniz - VACİB MƏQAMLAR

4 Oktyabr 2022 05:55 (UTC+04:00)

Soda, ayran və limon qarışımı ilə siz qarın bölgənizdəki piylərdən asanlıqla canınızı qurtara bilərsiniz. SİA xəbər verir ki, əgər fikirləşirsinizsə ki, qısa bir zamanda bu mümkün olan bir şey deyil, o zaman yazılanlara əməl edib özünüz şahid ola bilərsiniz.
Lazım olanlar
* 3 xörək qaşığı orta yağlı qatıq
* 1 şüşə barjom
* yarım limonun suyu

Hazırlanması
3 xörək qaşığı orta yağlı qatığın üzərinə yarım limonun suyu sıxılır, yaxşıca qarışdırılır. Qarışdırdıqca az-az barjom əlavə edilir. Barjomun hamısını birdən töksəniz köpürüb qalxacaq və daşacaq. İstifadə olunma qaydası

2 hissəyə ayrılır. Hər səhər yeməyindən və yatmazdan yarım saat əvvəl qəbul edilir. Müalicə 1 həftə aparılır, 3 gün fasilə verilir və yenidən davam edilir. Müalicə müddətində idmanla məşğul olsanız və diet saxlaya bilsəniz bu sizin artıq piylərdən xilas olmanızı sürətləndirəcək.