Məşhur aktrisa ikinci dəfə ailə həyatı qurub

4 Oktyabr 2022 04:39 (UTC+04:00)

Məşhur aktrisa ikinci dəfə ailə həyatı qurub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəli məşhur aktrisa Merve Boluğur ikinci dəfə ailə həyatı qurub.

35 yaşlı aktrisa 3 aydır sevgili olduğu DJ Mərt Aydınla dünən gecə dünya evinə girib. Bununla yanaşı, Merve Boluğur "İnstaqram” profilində adını Merve Boluğur Aydın olaraq dəyişdirib.

Qeyd edək ki, Boluğur 2015-ci ildə müğənni Murat Dalkılıçla ailə həyatı qurmuşdu. Cütlük 2017-ci ilin sentyabrında qarşılıqlı anlaşma ilə başanıblar.