"Bu, artıq Yer ətrafında kəşf edilmiş 30 min asteroiddən biridir"

3 Oktyabr 2022 19:15 (UTC+04:00)

Təxminən yarım kilometr diametrdə olan asteroidin Yerə doğru irəlilədiyi, lakin təhlükə yaratmadığı açıqlanıb.

Rusiya Keldış Tətbiqi Riyaziyyat İnstitutunun alimləri sosial media hesablarından bildiriblər: “Oktyabrın 1-nə keçən gecə Rusiyanın cənubundakı iki rəsədxana Yerə yaxınlaşan yeni asteroid “SE37”ni görüb. Sözügedən obyekt təhlükə yaratmayıb”.

SİA xəbər verir ki, TASS astronom Yuri Baleqa istinadən deyib: "Bu, artıq Yer ətrafında kəşf edilmiş 30 min asteroiddən biridir. O, planetimizdən milyonlarla kilometr uzaqda uçur və Yer üçün heç bir təhlükə yaratmır".