Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 3 oktaybr tarixində Azərbaycan Respubıikasının Prezidenti seçildi. Bu Azərbaycan xalqının tarixində şanlı bir gün oldu. Prezident seçilən Heydər Əliyev məhvolmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqını böyük bəlalardan qurtararaq, inkişaf yoluna çıxardı. Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə onlar arasında sorğu keçirib.

Şəhər sakini Fəxrəddin Hüseynli: “Heydər Əliyev kimi dahi şəxsiyyət haqqında danışmaq üçün dəqiqələr kifayət etməz. Ulu Öndər Azərbaycan üçün bənzərsiz işlər görüb. Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun tarixində Heydər Əliyev kimi bir insan olub. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi bəlkə də, biz indi bir cəmiyyət olaraq yox idik. Ona görə də, deyirəm ki, Ümummili lider haqqında nə qədər danışsaq da, kifayət etməz”.

Şəhər sakini Elçin Məmmədov: “Heydər Əliyev çox dahi şəxsiyyət idi. O, hər zaman Azərbaycan xalqının rifahının yaxşı olması üçün əlindən gələni edərək, özünü bizim yolumuzda fəda etmişdir. Keçmiş zamanlarda hər kəsin bildiyi kimi Azərbaycanda pərakəndəlik höküm sürürdü, fərarilik baş alımışdır. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr üzrə hər bir şey bərqərar olaraq dövlətimizin gücləndiirlməsi istiqamətində əvəsiz işlər görüldü. Məhz bu baxımdan Ulu Öndər Heydər Əliyevi heç kim unutmamalıdır”.

Şəhər sakini Vasif İmanov: "Mən uzun illərdir ki, Avropada yaşamışam. Bir neçə gündür ki, Bakıya gəlmişəm. Həqiqətəndə burada baş verən inkişaf məni çox sevindirdi. Azərbaycan hal-hazırda çox müasir ölkələrdən birinə çevrilib. Avropada yaşamağıma baxmayaraq daimi şəkildə ölkəmin fəaliyyəti ilə marağlanırdım. Bu günkü gün Azərbaycanın siyasəti bir çox dünya dövləti tərəfindən tanınır və dəstəklənir. Düşünürəm ki, bunların hər birinin əsasını məhz Heydər Əliyev qoyub".

Şəhər sakini Qurban Rızayev: "Heydər Əliyevin hakimiyyətə gəlməsiz Azərbaycan xalqının böyük uğuru hesab olunur. Əgər Ulu Öndər hakimiyyətə gəlməsəydi Azərbaycan bu günkü gün Suriya və İranın gününə düşəcəkdir. Bu bəzi insanlar anlamır. Amma Heydər Əliyev yaxşı ki, Azərbaycan xalqının həyatında olub. Onun qədrini, dəyərini, bizim üçün etdiklərini illər keçdikcə daha yaxşı anlayıb, başa düşəcəklər".

Şəhər sakini Fuad Qurbanov: "Heydər Əliyev barədə fikir bildirmək mənə yaraşmaz. Çünki o fenomen bir şəxs idi. Mən hələ uşaqikən onun pambıq tarlalarındakı çıxışlarına baxırdım. Hələ də yadımdan çıxmayan bir məqamı sizin nəzərinizə çatdırmaq istəyirəm. Bir dəfə televiziyada görmüşdüm Heydər Əliyev Amerikanın senatları ilə danışırdı. O zaman Ulu Öndər onlarla danışan zaman məhz amerikanlıların tarixini onlara əzbər dedi. Bütün senatlar ona ağzıaçıq şəkildə baxdılar. Mən həmin səhnələri hələ də unuda bilmirəm. Məhz buna görə də Ümummilli lider barədə fikir bildirmək hər kəsin həddinə deyil".
Şəhər sakini Dilqəm Baharov: "Heydər Əliyev Azərbaycan üçün böyük tövhələr verib. Dahi şəxsiyyət göstərib dövlətimiz üçün unudulmaz fədakarlıqlar göstərib. 1993-cü illər Azərbaycan xalqının həyatında çox çətin bir dövr idi. Belə bir zamanda məhz bu cür şəxsiyyətin hakimiyyətə gəlməsi Azərbaycan xalqını böyük bir faciədən xilas etdi".

Şəhər sakini Qulu Həsənov: "Mən bir sıravi vətəndaş olaraq demək istərdim ki, Heydər Əliyev Azərbaycanı parçalanmaqdan qorudu. Bu gün biz azad şəkildə parlaq səma altında rahat şəkildə hərəkət edə biliriksə məhz ona borcluyuq. Heydər Əliyevin dünyagörüşü, savadı, siyasi iradəsi, yanaşma tərəzi Azərbaycanı dövlət olaraq yaradıb, gücləndirdi. Biz bu günkü gün bütün dünya ölkələri tərəfindən tanınıb, sayılmağımız onun qoyduğu güclü siyasətin nəticəsidir".