"9 ay ərzində əsas diqqət idmanın kütləviliyinə yönəlib" - İDARƏ RƏİSİ AÇIQLADI

3 Oktyabr 2022 16:33 (UTC+04:00)

Azərbaycanda idman olan maraq günü-gündən inkişaf edir. Ölkədə fəaliyyət göstərən rayon idman təşkilatları da gənclərdə idman olan marağın inkişaf etdirilməsi istiqamətində bir sıra lahiyələr həyata keçirir. Bəs Nərimanov Rayon Gənclər və İdman İdarəsi son aylarda idmanın inkişaf etdirilməsi istiqamətində nə kimi tədbirlər görüb? Mövzu ilə əlaqədar olaarq SİA-nın sorğusuna Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov cavab verib.

İdarə rəisi qeyd edib ki, ötən 9 ay ərzində əsas diqqət idmanın kütləviliyinə yönəlmişdir: “2022-ci ilin 9 ayı ərzində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən idman sahəsi üzrə 49 yarış, turnir keçirilmişdir. Hədəfimiz gənc nəslimizi idmana maraqların artırılması, onların sağlam ruhda tərbiyə olunması, məhəllə idman növlərinin daha da kütləviləşdirilməsi, mövcud idman bazasının tam gücü ilə çalışmasının təmin edilməsi, uğur qazanmış idmançılarımızın təbliği, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili, onların maraqları çərçivəsində yarış və bilik olimpiadalarının keçirilməsi, istedadlı gənclərimizin üzə çıxarılması, xüsusi qayğıya ehtiyacı olan gənclərlə dövlət dəstəyinin göstərilməsi, ordu sıralarında xidmət edən gənclərlə işin qurulması, şəhid övladlarının layihələrimizə cəlb edilməsi, milli adət-ənənələri gənclər arasında təbliği, tələbə-gənclər ilə işin qurulmasıdır. Uğurlarımız: cari ilin əvvələrində idman sahəsi üzrə Bakı, Respublika və Beynəlxalq səviyyəli yarışlarda 100-ə yaxın medalların qazanılması, 30-dan çox rayon yarışının keçirilməsi, 200 nəfərdən çox uşaq və yeniyetmələrin idman növlərinə cəlb edilməsi və s.

Nəcəf Novruzov bildirib ki, idarəmiz tərəfindən mütəmadi olaraq Birinci Qarabağ Müharibəsində və Vətən Müharibəsində şəhid olmuş igidlərimzin doğum və şəhadət günlərinə həsr edilmiş müxtəlif idman növləri üzrə xatirə turnirləri keçirilir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "İdman hamı üçün" layihə çərçivəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən hər həftənin bazar günləri müxtəlif idman növləri üzrə (atletika, gimnastika, kəndirlə mübarizə və digər) yarışlar, turnirlər, nümunəvi çıxışlar təşkil olunur. Bu turnirlərə yaşından asılı omayaraq 100-lərlə sakin iştirak edir, sertifikatlarla təltif olunur. Yay tətili zamanı məktəblilərin asudə vaxtının səmərəli təşkil etmək, onları kütləvi idmana cəlb etmək məqsədi ilə “Sağlam böyümək istəyirəm” devizi altında sadə idman növləri üzrə (topun əllə uzağa atılması, 1000 metr məsafəyə qaçış, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması, iplə tullanma, turnikdə dartınma, halqa fırlatma) turnirlər təşkil edilmişdir. Həmçinin qeyd etmək istəyirəm ki, İdarəmiz tərəfindən 2022-ci ilin 9 ayı ərzində 1792 nəfər uşaq, yeniyetmə və gənc diplom, fəxri fərman və sertifikatlar ilə təltif olunmuşdur. Eyni zamanda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə rayonumzda fərqlənən fiziki tərbiyə müəllimləri mükafatladırılmışdır. Gənclərimiz könüllülük fəaliyyətinə cəlb edilmiş, İdarəmizin ətrafında 100 nəfərdən çox könüllü gənc formalaşmışdır.