Erməni təxribatları nəyə yönəlib? - MƏRKƏZ RƏHBƏRİ DANIŞDI

3 Oktyabr 2022 12:53 (UTC+04:00)

“Ermənistanın həyata keçirdiyi təxribatlar sülh prosesinin uzanmasına və danışıqlardakı mövqeylərinin möhkəmləndirilməsinə hesablanıb”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Direktor qeyd edib ki, onlar çox yaxşı anlayırlar ki, Ermənistan böyük itkilərə məruz qalır: “Lakin indiki şəraitdə Rusiya tərəfindən gözləntilərinin doğrulmadığı bir şəraitdə Qərbi, ABŞ-ı, Fransanı Azərbaycanla danışıqlara otuzdurmaq niyyətini güdürlər. Məhz bunun üçündə belə aventuralara gedirlər ki, atəşkəs pozulsun və itkilər verilsin. Ermənilər hazırda istəyirlər ki, masadakı danışıqlar və gündəlik dəyişsin. Həmçinin danışıqlar zamanı ABŞ-ın və Fransanın mövqeyləri daha da möhkəmlənsin”.