“Hər bir ölkədə baş verən hadisələr həmin ölkədə gedən proseslərin məntiqi nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Millət vəkili qeyd edib ki, heç bir ölkədəki hadisələr digər ölkədə baş verən hadisələrin təkrarı və ya eynisi ola bilməz: “Azərbaycan daxilində gedən proseslər Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət quruculuğu prosesləridir. Vaxtında təkamül baş verir və problemlər həll edilərək, strateji istiqamət qurulur. Azərbaycanın cari məsələləri vaxtında həll edilir. Proritet məsələlərin düzgün həll edilməsi, vətəndaşların hüquqlarının qorunması sosial məsələlərin həllinin dövlətin nəzarətində olması gərginliyə gətirib çıxarmır. Müəyyən problemlər var lakin bu problemlərin həlli göz qarşısındadır. Hesab edirəm ki, hər hansısa bir ölkədə baş verən problemlər Azərbaycana təsir edə bilməz. Azərbaycan öz müstəqiliyini ölkədəki problemləri həll etməklə möhkəmləndirir”.