"Nazirlər Kabneti tərəfindən anti-inflyasiya tədbirləri həyata keçirilir" - İQTİSADÇI-EKSPERT BİLDİRDİ

3 Oktyabr 2022 12:27 (UTC+04:00)

“Qiymət artımları heç bir ölkə üçün arzuolunan deyil. Çünki qiymət artımları praktik olaraq alıcılıq qabliyyətinə mənfi təsir göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycanda da qiymət artımlarının minimallaşdırılması ilə bağlı Nazirlər Kabneti tərəfindən anti-inflyasiya tədbirləri həyata keçirilir. Lakin sözsüz ki, dünya bazarında qiymət artımı daxili bazara da təsir göstərir xüsusən də idxalda xüsusi paya malik olan ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Son qiymət artımları onu göstərir ki, qiymət artımlarına qarşı mübarizənin ən uğurlu yollarından biri yerli istehsalın genişləndirilməsidir. Bununla da daha çox istehsalın yerli mənbələr hesabına ödənilməsi və yerli idxaldan aslılığı minimallaşdırır. Azərbaycanda hər istiqamət üzrə işlər aparılır. Təbii ki, biz bunların strateji yanaşmada növbəti illərdə təsirlərin görəcəyik.

2023-cü ilin dövlət büdcəsindən sosial istiqamət üzrə ayrılan vəsaitdə artımlar olacaq. Həmçinin yerli istehsalın dəstəklənməsi ilə bağlı iqtisadi istiqamət üzrə ayrılan vəsaitdə də artımlar olacaq. Bütün bunlar hamısı qiymət artımlarınının minimallaşdırılmasına xidmət edir”.