İraqın paytaxtı Bağdadın Təhrir meydanı yaxınlığında keçirilən etiraz aksiyaları zamanı azı 86 nəfər xəsarət alıb. SİA xəbər verir ki, zərərçəkənlərin təxminən yarısı hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 38 etirazçının isə rezin güllələrdən yaralandığı qeyd oluub.
İraq hərbçiləri izdihamın içinə “sızmış elementlərin” “Molotov kokteyli” və ov tüfəngi ilə təhlükəsizlik qüvvələrinə hücum etdiyini bildirib.