Bakıda avtomobil 70 yaşlı piyadanı vurub

2 Oktyabr 2022 07:11 (UTC+04:00)

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, “AzSamand” markalı avtomobil yolu keçən 70 yaşlı Salman adlı şəxsi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.