Deyir...xan məni almışdı...

2 Oktyabr 2022 03:53 (UTC+04:00)

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Federasiyasının prezident Vladimir Zelenskinin yerinə kimi “qoymaq” istədiyini açıqlayıb.

O vaxt Marqarita Simonyan dediyi kimi, Kreml Ukraynanı “ildırım sürəti” ilə ələ keçirən kimi, bu ölkədə hakimiyyətə kimi gətirəcəyini nəzərdən keçirib və… Yanukoviçin üstündə dayanıb.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, sən demə, Yanukoviç özü də yenidən hakimiyyətə qayıtmağın həsrətində imiş.

Təbii ki, Rusiya Federasiyasında təkcə Viktor Yanukoviçə də baxılmırdı. Bununla belə, Kremlin onun üçün böyük planları var idi. Rusiya Federasiyasında həqiqətən də Yanukoviçin Ukraynaya qayıdıb: “Mən legitiməm” deyə biləcəyini düşünürdülər.

Ağasəf Babayev