Venesuela hakimiyyəti ABŞ-ın 7 vətəndaşını həbsdən azad edib

2 Oktyabr 2022 04:17 (UTC+04:00)

Venesuela hakimiyyəti ABŞ-ın 7 vətəndaşını həbsdən azad edib, onlar hazırda vətənlərinə qayıdırlar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Azad olunan amerikalılar uzun illər qanunsuz həbsdə saxlanılıblar.

ABŞ tərəfi bunun əvəzində ölkədə saxlanılan iki venesuelalını azad buraxıb.