PSJ-dən 2 qol, 3 xal

2 Oktyabr 2022 03:30 (UTC+04:00)

PSJ Fransa Liqa 1-in 9-cu turunda "Nitsa"nı qəbul edib. SİA xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

PSJ - "Nitsa" - 2:1
Qollar: Messi, 29 (1:0), Labode, 47 (1:1), Mbappe, 83 (2:1)

Bu qələbə ilə xalını 25-ə yüksəldən Kristof Qaltyenin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Marsel" 23 xalla 2-ci, "Loryen" 19 xalla 3-cüdür.