"Barselona" La Liqada 7-ci turda qələbə qazanıb

2 Oktyabr 2022 03:04 (UTC+04:00)

"Barselona" La Liqada 7-ci tur oyununa çıxıb. SİA xəbər verir ki, Kataloniya klubu "Malyorka"nın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

"Malyorka" - "Barselona" - 0:1
Qollar: Levandovski, 20

Bu qələbə ilə xalını 19-a yüksəldən Xavinin baş məşqçisi olduğu komanda turnir cədvəlində liderliyə yüksəlib. "Barselona"dan 1 oyun az keçirən "Real" 18 xalla 2-ci, "Atletik" 18 xalla 3-cüdür.