Pakistanın keçmiş baş nazirinin həbsinə qərar verilib

2 Oktyabr 2022 02:24 (UTC+04:00)

Pakistanın keçmiş baş naziri İmran Xanın terrorizm ittihamı ilə həbsinə qərar verilib. SİA xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan İslamabadda keçirilən mitinqdə çıxışında polis və ədliyyə orqanlarının ona yaxın adamları həbs edərək işgəncələrə məruz qaldığını, daha sonra isə bu qurumlardakı işçiləri “sözləri ilə hədələdiyini iddia edib. Sizə qarşı tədbir görəcəyik, buna hazır olun”-dedi.

Pakistanın Marqalla bölgəsinin yerli hakimi Mücahid Rəhim keçmiş baş nazir İmran Xanın həbsinə qərar verib. Pakistanlı "Tehreek e Insaf" üzvləri partiya liderləri və keçmiş baş nazir İmran Xanın həbsinə qərar verilməsinə reaksiya verib. PTI partiyasından Maleeka Buhari bildirib ki, onun partiyası demokratiya prosesini davam etdirmək istəyir və faşizmi, barbarlığı pisləyir.