Hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb - Meksikada

2 Oktyabr 2022 01:05 (UTC+04:00)

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli “Eurocopter” helikopteri Tabasko ştatının cənub-şərqindəki Sentla bölgəsində qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə “MILENIO” qəzeti məlumat yayıb.

Qəza nəticəsində ən azı 3 nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb. Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib. Qəzanın mümkün səbəbləri barədə məlumat açıqlanmayıb. Meksika Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı açıqlama verməyib.