“İen” qasırğası nəticəsində 45 nəfər ölüb - ABŞ-da

2 Oktyabr 2022 01:03 (UTC+04:00)

ABŞ-ın Florida ştatında “İen” qasırğası 45 nəfərin ölümünə səbə olub. SİA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Qeyd olunub ki, Li rayonunda 16, Şarlotta rayonunda 12, Kollier rayonunda 8 nəfər ölüb.

Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çox sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Florida qubernatoru Ron Desantis bildirib ki, bu ştat tarixində ən dağıdıcı qasırğa olub.