"Özümü təkmilləşdirməliyəm" - Xuan Mata

2 Oktyabr 2022 00:10 (UTC+04:00)

"Qalatasaray" forması ilə liqada ilk oyununu "Adana Dəmirspor"a qarşı keçirən Xuan Mata matçdan sonra danışıb. SİA xəbər verir ki, ispan ulduz "Çətin matç oldu, lider komanda ilə oynadıq. Güclü tərəfdar var idi. İlk matçımı keçirdiyim üçün xoşbəxtəm. Bununla belə, fürsətlərdən yararlana bilmədik, qol vura bilmədik. Mən bundan narazıyam” dedi.

Xuan Mata sözlərini belə deyib: "Çox istəkliyik, yay dövründə yaxşı oyunçularımız var. Çempion olmaq üçün qalib gəlməliyik. Özümü təkmilləşdirməliyəm. Düşünürəm ki, yaxşıyam, amma doğma meydanda ilk oyun üçün özümü hazırlamağa çalışıram. Yüksək səviyyəli biliyimi "Qalatasaray"a kömək etmək üçün istifadə etmək istəyirəm".