Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 11-ci tur oyununa çıxıb. SİA xəbər verir ki, komanda evdə "Slaven"lə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. M.Emreli görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 31 xalla liderdir. "Osiyek" 18 xalla 2-ci, "Hayduk" 17 xalla 3-cü, "Slaven" isə 17 xalla 4-cüdür.
Xorvatiya çempionatı, 11-ci tur
21:30. "Dinamo" (Zaqreb) - "Slaven" - 4:1
Qollar: Markoviç, 9 (1:0), Hoxha, 59 (1:1), Petkoviç, 72-pen (2:1), Boçkay, 81 (3:1), İvanuşeç, 90+4 (4:1)
"Maksimir" stadionu.