Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonu yaxınlığında sərnişin avtobusu aşıb, xeyli sayda yaralı var. Bu barədə SİA "Haber Global"a istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi Şanlıurfa-Qaziantep avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Avtobusda olan yaralılar xilasedici qrupların köməyi ilə çıxarılıb. Qəzanın sürücünün ötmə əməliyyatını düzgün aparmaması səbəbindən baş verdiyi iddia edilir.