La Liqada 8-ci turun oyunları davam edir. SİA xəbər verir ki, "Atletiko" "Sevilya"nın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. "Xetafe" evdə "Valyadolid"ə 2:3 hesabı ilə uduzub. "Kadiz" - "Vilyarreal" görüşündə isə hesab açılmayıb.
Qeyd edək ki, turnir cədvəlinə 18 xalla "Real" başçılıq edir. "Barselona" 16 xalla 2-ci, "Atletik" 16 xalla 3-cü, "Betis" 16 xalla 4-cü, "Atletiko" 13 xalla 5-cidir.
1 oktyabr
"Sevilya" - "Atletiko" - 0:2
Qollar: Llorente, 29, Morata, 57
"Xetafe"- "Valyadolid" - 2:3
Qollar: Leon, 20-pen (0:1), Mayoral, 29 (1:1), Denis Suares, 31 (2:1), Leon, 37 (2:2), Plano, 49 (2:3)
"Kadiz" - "Vilyarreal" - 0:0
23:00. "Malyorka" - "Barselona"