"Namizədliklə bağlı heç bir tərəddüd yoxdur" - TBMM-nin sədri

1 Oktyabr 2022 23:26 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, prezident Ərdoğanın prezidentliyə namizədliyi qarşısında heç bir hüquqi maneənin olmadığını açıqlayıb. SİA xəbər verir ki, TBMM-nin sədri Mustafa Şentop, Ərdoğanın 10 avqust 2014-cü ildə konstitusiya maddəsinə əsasən bir dəfə prezident seçildiyini, həmin maddənin isə ləğv edildiyini bildirərək, “2018-ci ildə bir dəfə prezident seçildi. Onun seçilməsi ilə bağlı bənd var. Heç bir qarışıqlıq yoxdur, çox aydın hüquqi məsələ var. Namizədliklə bağlı heç bir tərəddüd yoxdur" dedi.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılış ziyafətində Mustafa Şentop jurnalistlərin suallarını cavablandırıb. Şentop, seçkilərin irəli aparılması ilə bağlı suala da, “Keçmişə baxdığımızda vaxtında olan seçki yoxdur. Seçkilər həmişə az-çox tez olub. Seçkiləri bir gün də irəli aparmağın iki yolu var. Bizə ya prezidentin qərarı, ya da parlamentin beşdə üçünün qərarı lazımdır”.

“Prezident qərar qəbul edərsə, yeni dövrdə bir daha seçilməkdən söhbət gedə bilməz” ifadələrinə gəlincə, Şentop, “Konstitusiya dəyişikliyini bilməyən hüquqşünaslar və ya hüquqşünas olmayanlar yaxşı deyirlər. Ərdoğan konstitusiya maddəsinə əsasən 2014-cü il avqustun 10-da prezident seçilib. Həmin maddə ləğv edilib. 2018-ci ildə yeni konstitusiya maddəsinə əsasən bir dəfə seçilib. Yəni 2 fərqli vaxt seçilmək haqqında maddə var. Heç bir qarışıqlıq yoxdur, mövzu hüquqi baxımdan çox aydındır. "Namizədliklə bağlı heç bir tərəddüd yoxdur" dedi.