“Qazprom” Moldovaya hədə gəldi

1 Oktyabr 2022 23:23 (UTC+04:00)

"Qazprom" Moldova ilə təbii qaz müqaviləsini istənilən vaxt ləğv edə biləcəklərini bildirib. SİA xəbər verir ki, Rusiyanın enerji şirkəti "Qazprom" bildirib ki, Moldova müntəzəm olaraq pozduğu qaz müqaviləsini "istənilən vaxt" ləğv edə bilər. Qazpromdan verilən açıqlamada bu ay Moldovaya gündəlik 5,7 milyon kubmetr təbii qazın göndəriləcəyi bildirilib. Açıqlamada Moldovanın təbii qaz ödənişləri ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi bildirilib: “Moldova tərəfi tədarük olunan qazın ödəniş şərtləri ilə bağlı müqavilə müddəalarını mütəmadi olaraq pozur. Eyni zamanda, əvvəlki illərdə verilən qazla bağlı borcların ödənilməsi ilə bağlı hələ də müqavilə imzalamayıblar. Ona görə də "Qazprom" istənilən vaxt hazırkı müqaviləni ləğv etmək hüququna malikdir”.

Moldova baş nazirinin müavini Andrey Spinu açıqlamasında bildirib ki, "Qazprom" Moldovaya gündə 8 milyon kubmetr əvəzinə 5,7 milyon kubmetr təbii qaz göndərib və Moldovanın daha çox qaza ehtiyacı var. Moldovada bu ilin yanvarında kifayət qədər təbii qaz təchizatı olmadığı üçün fövqəladə vəziyyət elan edilib.