Pişik və “iyli ət” məsələsi...

1 Oktyabr 2022 23:14 (UTC+04:00)

Rusiya hərbçilərinin Krasnı Limandan çıxarılması prinsipial əhəmiyyət kəsb edir, bu fikri hərbi ekspert Yuri Knutov REN TV ilə bölüşüb. O, əmindir ki, bu yolla RF Silahlı Qüvvələri rəqibi yorur və onun ehtiyatlarını tükəndirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mütəxəssis qeyd edib ki, bütün bu əməliyyat prinsipial əhəmiyyət kəsb edir, çünki düşməni tükəndirir, qanını tökür, ehtiyatlarını tükəndirir.

Knutovun sözlərinə görə, rus qoşunları Limanı tərk ediblər, lakin arxa cəbhəyə getmirlər. Hərbi ekspert əmindir ki, onlar yeni sərhədlərdə müdafiəyə qalxırlar, bu çox vacibdir.

Knutov əlavə edib ki, yerli Silahlı Qüvvələr ehtiyatları dolduracaq və bu torpaqları Ukrayna Silahlı Qüvvələrindən təmizləyərək geri qaytaracaq.

RF Silahlı Qüvvələrinin Krasnı Limandan getdiyini bir gün əvvəl Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov təsdiqləyib. Onun sözlərinə görə, hərbçilər bunu daha sərfəli mövqelər tutmaq üçün ediblər.

Ağasəf Babayev