Rusiyadan İtaliyaya qaz axını dayanıb

1 Oktyabr 2022 22:58 (UTC+04:00)

İtaliyanın "ENI" enerji şirkəti Rusiyanın “Qazprom” enerji şirkətindən qaz axınının bu gündən etibarən dayandırıldığını bildirib. SİA xəbər verir ki, "ENI"dən verilən açıqlamada bildirilib: "Qazprom bu gün üçün tələb olunan qazı təmin edə bilməyəcəyini bildirdi. Avstriya ərazisindən qaz axınının mümkün olmadığını bildirdi. Bu səbəbdən Rusiya qazının "ENI"yə Tarvisio giriş nöqtəsi vasitəsilə tədarükü bu gün 0 olacaq. Əgər qaz verilsə, "ENI" yenilənəcək”.

Mövzu ilə bağlı İtaliyanın "ANSA" agentliyinə danışan "ENI" səlahiyyətlisi, Qazpromun bu gündən etibarən "ENI"yə qaz axını təmin edə bilməyəcəyini ifadə edərək, Avstriyanın Slovakiya üzərindən qaz tədarük etdiyini, İtaliyaya qaz axınının bərpası üçün Qazprom ilə əlaqə saxladıqlarını bildirib. İtaliya mətbuatında yer alan xəbərlərdə Rusiyadan İtaliyaya qaz axınının hazırda ümumi qaz tədarükünə nisbətən 10 faizdən az olduğu, Tarvisiodakı ötürücü məntəqəsindəki kəsilmənin stansiyada böyük dəyişikliyə səbəb olmayacağı bildirilib. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra İtaliya qaz təchizatını diversifikasiya etməyə çalışdı. Əlcəzair və Anqola kimi ölkələrlə qaz alışını artıran İtaliya iyul ayından etibarən Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib.