Axsaq atın kor nalbəndi...

1 Oktyabr 2022 22:26 (UTC+04:00)

Sahibkar və “Konkord” şirkətinin sahibi Yevgeni Priqojin qoşunların Krasnı Limandan çıxarılmasından sonra Çeçenistan rəhbəri Ramzan Kadırovun sözlərini şərh edib.

SİA xəbər verir ki, bu barədə “VKontakte” sosial şəbəkəsində məlumat verilib.

Belə ki, iş adamı “kəskin tədbirlərə” çağıran çeçen siyasətçini dəstəkləyib.

Eyni zamanda, o bəyanatın “ifadəli” və üslub baxımından ona yaxın olmadığını da deyib.

Oktyabrın 1-də Kadırov mühasirəyə alınma təhlükəsi ilə əlaqədar qoşunların çıxarıldığı Krasnı Liman ətrafındakı vəziyyəti tənqid edib və nüvə silahından istifadəyə, eləcə də ölkənin bir sıra regionlarında qismən hərbi vəziyyətin tətbiqinə çağırıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi mühasirəyə düşmə təhlükəsi səbəbindən qoşunları Krasnı Limandan çıxarmaq qərarına gəldiyini bildirmişdi. Nazirlikdən verilən məlumata görə, qoşunlar qaçmayıblar, amma daha sərfəli xəttlərə çəkiliblər.

Ağasəf Babayev