36 yaşlı kişini maşın vururaq öldürüb

1 Oktyabr 2022 21:58 (UTC+04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1986-cü il təvəllüdlü Aslan Aslanovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.