Rusiya ICAO Şurasına yenidən seçilə bilməyib

1 Oktyabr 2022 20:13 (UTC+04:00)

“...Arvad döyən “kişini” it də tutar”..?

Bu arada Rusiyanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) İdarə Heyətinə... yenidən seçilməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” xəbər verir.

Qeyd edək ki, Jurnalistlər qeyd edirlər ki, Rusiya Şurada qalmaq üçün kifayət qədər səs toplaya bilməyib. ICAO-nun mətbuat xidməti də hələlik bu məlumatı şərh etməyib.

Xatırladaq ki, bundan əvvəl Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin oktyabrın 10-dək uzadıldığını açıqlamışdı. Müvəqqəti məhdudiyyət Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanlarına şamil edilir.

Ağasəf Babayev