"Bu gün bizim üzücü biri oyun keçdi" - BAŞ MƏŞQÇİ AÇIQLADI

1 Oktyabr 2022 20:14 (UTC+04:00)

"Bu gün bizim üçün üzücü bir oyun keçdi". SİA xəbər verir ki, bu sözləri "Neftçi" komandasının baş məşqçisi Laurensio Regekampf 3:0 hesabı ilən bitən "Qarabağ" - "Neftçi" oyunundan sonra keçirilən mətbuat konfransında qeyd edib.

Baş məşqçi qeyd edib ki, ilk hissə yaxşı oyun nümayiş etdirsək də, davamı heçdə yaxşı olmadı: "Bəzi epizodlar var ki, sürətli oynaya bilərdik. Müəyyən şanslarımız var idi. Lakin istifadə edə bilmədik. Futbolçular bilməlidirlər ki, oyunu 90 dəqiqə aparmaq lazımdır. Bizim bu il "Qarabağ" komandasına qarşı ilk oynumuz idi. Lakin gələn oyunda daha yaxşı mübarizə aparacayıq"