Rusiya-Ukrayna münaqişəsinə son qoymaq mümkün deyil

1 Oktyabr 2022 19:58 (UTC+04:00)

Avropa İttifaqı bildirib ki, DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya qatılması Ukrayna ilə bağlı münaqişəyə son qoymağı “praktiki olaraq qeyri-mümkün edir”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq bəyanatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel verib.

Borrell Putinin yeni regionların Rusiyaya birləşdirilməsi ilə bağlı çıxışına cavab verərək... heç kimin bu ərazilərin ilhaqını tanımadığını bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının... nəhayət muxtariyyətini itirdiyini və ABŞ-dan tamamilə asılı olduğunu bildirmişdi.

Ağasəf Babayev