44 günlük Vətən müharibəsi şanlı tariximizdir - ŞƏRH

1 Oktyabr 2022 16:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 sentyabr 2022-ci il tarixində Fizuli rayonuna səfər ediblər. Cənab Prezident Fizuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr - Anım Gününı həsr olunmuş xatirə lövhəsinin önündə çıxış edərkən bir çox mühüm məsələlərə toxunmuşdur. Qeyd olunmuşdur ki, 27 sentyabr Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir.

Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik,
ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub yaradırlar, şəhərlərimiz, kəndlərimiz bərpa edilir. Azərbaycan xalqı şanlı Zəfərimizlə fəxr edir. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir.

Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Azərbaycan Ordusu bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq
məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu.

Şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. İndiki həsil xoşbəxt nəsildir ki, bu tarixi hadisənin həm şahidləri oldu, həm də iştirakçıları. Sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.

Cənab Prezident qeyd etmişdir ki, “Bu gün şəhidlrimizin xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd etməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq.
Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki, ölkəmizinartan gücü, o cümlədən hərbi gücü
müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Milli Məclisin deputatı
Rauf Əliyev