Alla Qryaz kəndindəki qəsrini satır

1 Oktyabr 2022 18:35 (UTC+04:00)

Alla Puqaçovanın prodüsseri Vladimir Ginzburq onun Rusiyaya qayıtmasının səbəbini Qryaz kəndindəki qəsri satmaqla əlaqəli olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, “Gazeta.Ru” xəbər verir ki, o, bu barədə “Solenka.info”ya müsahibəsində bildirib.

İddialara görə, Puqaçova qəsri 1 milyard rubla satmağı planlaşdırır. Qeyd edək ki, hələlik qəsrdə Puqaçovanın nəvəsi Nikita Presnyakov yaşayır.

...Qeyd edək ki, Alla dəfələrlə bu qəsrdə daimi yaşamadığını demişdi. Xatırladaq ki, Primadonnanın Qryazidəki qəsrlə yanaşı, Moskvada da mənzili var, lakin müğənninin onu satışa çıxarması barədə məlumat yoxdur.

Yeri gəlmişkən, Alla Puqaçovanın direktoru Yelena Çuprakova mediada yayılan məlumatlar şərh etməyəcəyini bildirib.

Xatırladaq ki, sentyabrın 29-da müğənninin uşaqları ilə birlikdə yenidən Rusiyanı tərk etdiyi məlum olub. “İzvestiya”nın yazdığına görə, Puqaçova Vnukovo hava limanından ölkəni tərk edib. Ehtimallara görə, Puqaçova İsrailə uçub, onun mümkün qayıdışı tarixi verilmir.

Nazlı Almuradova