Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək

1 Oktyabr 2022 15:48 (UTC+04:00)

Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 9-da Rusiyaya rəsmi səfər edəcək. SİA “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Alen Simonyanı Moskvaya dəvət edib.

Üç gün davam edəcək səfər çərçivəsində V.Volodin A.Simonyana iki ölkənin parlamentləri arasında əməkdaşlığı müzakirə etməyi təklif edib.