"Real"ın əfsanəsi Şakira ilə eşq yaşayır? - Sabiq qolkiper AÇIQLADI

1 Oktyabr 2022 05:13 (UTC+04:00)

"Real"ın əfsanəsi İker Kasilyas Şakira ilə münasibətinin olması barədə yayılan xəbərləri təkzib edib. SİA xəbər verir ki, sabiq qolkiper medianın yaydığı xəbərləri "İnstaqram" hesabında paylaşıb və bu məlumatların hardan gəldiyini anlamadığı ifadə edib.

Xatırladaq ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də ayrılıblar. Son günlərdə isə kolumbiyalı müğənninin İker Kasilyasla eşq yaşadığı bildirilirdi.