"Liverpul"dan Attila Szalainin məqaləsi!

1 Oktyabr 2022 02:16 (UTC+04:00)

"Liverpool.com" "Fənərbağça"nın uğurlu futbolçusu Attila Szalai haqqında uzun məqalə dərc edib. SİA xəbər verir ki, məqalədə macar müdafiəçi üçün aşağıdakı ifadələr işlədilib:

"Liverpul" meneceri Yurgen Klopp 32 yaşlı müdafiəçi Virgil van Dijk və Joel Matipə görə müdafiə xəttinin gələcəyi barədə düşünməlidir. Bu oyunçuların gələcək varisləri də işə götürülməlidir. Co Qomez və ya İbrahima Konatenin vəzifəni yüksək səviyyədə tutacağı ehtimalı azdır, lakin Attila Szalai holland mərkəz müdafiəçisi ilə oxşar üsluba malikdir. Möhtəşəm bədən quruluşu və sürəti ilə Szalai çox yaxşıdır... O, bir daha Milli Komandadakı çıxışı ilə təqdir olundu".