Türkiyənin Qaziantep şəhərində qan donduran hadisə baş verib

1 Oktyabr 2022 01:39 (UTC+04:00)

Türkiyənin Qaziantep şəhərində 10-dan çox sahibsiz pişiyin ayağının kəsildiyi görülüb. SİA xəbər verir ki, bu hadisə qarşısında camaat böyük narahatlıq yaşayıb. Qaziantepin Karkamış bölgəsində edilən ilk təsbitlərə görə, 10-dan çox sahibsiz pişiyin ayağının kəsildiyi öyrənilib. Karkamışda sahibsiz pişiklərin qan içində olduğunu görən vətəndaşlar şoka düşüb.

Son günlər qanlı və axsaq pişiklər görən vətəndaşlar pişiklərin arxa ayaqlarının kəsildiyini aşkar ediblər. Heyvansevərlərə və səlahiyyətlilərə xəbər verən vətəndaşlar hadisədən bir məna çıxara bilmədiklərini ifadə etdilər. Narahatlıq yaşadıqlarını bildirən vətəndaşlar hadisənin səbəbinin müəyyən edilməsini və hadisəni törədənlərin tutulmasını istəyirlər. Səlahiyyətlilər tərəfindən edilən ilk təsbitlərdə 10-dan çox pişiyin sağ arxa ayağının kəsildiyi və sayının daha çox ola biləcəyinin müəyyən edildiyi bildirilib.