Puşilinin əsassız olmayan həyəcanı...

1 Oktyabr 2022 01:24 (UTC+04:00)

...Belə görünür ki, Denis Puşilinin “əl-ayağa” düşüb həyacan keçirməsi əsassız deyilmiş.

Verilən məlumatlara görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman şəhərini bir neçə günə rus işğalçılarından azad edə bilərlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, 2,5 mindən 5,5 minə qədər rus hərbçisi mühasirəyə alınıb. Qeyd edək ki, bunu prezident Vladimir Zelenskinin ofisinin müşaviri Aleksey Aretoviç “Feygin Live”da bildirib.

“Tam məlumat yoxdur. Bəzi məlumatlara görə, o, artıq tamamilə mühasirəyə alınıb, digərlərinə görə, onlar Zareçnoye (...qeyd edim ki, bu Donbass ərazisində şəhər tipli qəsəbədir-A.B.) vasitəsilə... ciddi şəkildə şərqə çıxmaq üçün müəyyən imkanlarını saxlayırlar, lakin yol Ukrayna artilleriyasının atəşi altındadır. Verilən xəbərlərə görə, orada vəziyyət dinamik inkişaf edir...”, - deyə Aretoviç qeyd edib.

“...Düşünürəm ki, bir-iki günə Liman məsələsini bağlayacağıq, aydındır ki, döyüşlər hələ bitməyə bilər, onlar hələ də şəhərdə saxlanıla bilər, amma aqibət aydındır və artıq qərarlaşıb,.. onlar bununla bağlı heç nə edə bilməyəcəklər”. – Qeyd edim ki, bunu da müşavir deyib.

Ağasəf Babayev