Ordu Burkina Fasoda hökuməti dağıtdı

1 Oktyabr 2022 01:12 (UTC+04:00)

Burkina Fasoda hərbçilər ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək hakimiyyəti ələ keçirib. SİA xəbər verir ki, əsgərlər tərəfindən Dövlət Televiziyası RTB-də oxunan bəyanatda ordunun keçid dövrü prezidenti polkovnik-leytenant Pol-Henri Sandaoqo Damibanın hökumətini ləğv etdiyi açıqlanıb. Bəyanatda deyilir ki, növbəti xəbərdarlığa qədər konstitusiyanın fəaliyyəti dayandırılıb, ölkə sərhədləri bağlanıb, hökumət buraxılıb.