Putin danışıqlar aparması şərtini irəli sürüb

1 Oktyabr 2022 00:53 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski maraq göstərərsə, Moskva Kiyevlə danışıqlara hazırdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ilə telefon danışığında deyib.

“...Rusiya tərəfi, əgər Kiyev hakimiyyəti maraqlı olarsa, onlarla danışıqlar prosesini bərpa etməyə hazırdır”.

Bu Kremlin saytında deyilir.

Qeyd edək ki, Putinlə Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə arasında ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib.

Dövlət başçılarının Rusiya-Bəhreyn münasibətlərini ənənəvi dostluq, qarşılıqlı faydalı və konstruktiv şəkildə daha da inkişaf etdirmək əzmində olduqları vurğulanıb.

Əli Babayev