"Microsoft"un bu proqramı "Apple"dan silinir

1 Oktyabr 2022 01:08 (UTC+04:00)

"Microsoft", "Apple iOS" cihazları üçün "Swiftkey" dəstəyini dayandıracağını açıqlayıb. SİA xəbər verir ki, "The Economic Times"da çıxan xəbərə görə, 5 oktyabrda silinəcəyi açıqlanan "Swiftkey" tətbiqi artıq App Store-dan yüklənə bilməyəcək. "Microsoft" tərəfindən edilən şərhdə, "Biz "Swiftkey" iOS üçün dəstəyi dayandırırıq. Məhsulumuzun istifadəçisi olduğunuz üçün təşəkkür edirik. Tətbiq 5 oktyabr 2022-ci ildə App Store-dan silinəcək"-deyə, bildirilib.

"Microsoft" 2016-cı ildə iOS və Android sistemlərində ən populyar klaviatura proqramlarından biri olan "SwiftKey"i 250 milyon dollara satın alıb. 2010-cu ildə Android platformalarında çıxan və 2014-cü ildə iOS App Store-a gələn "Swiftkey" istifadəçilər tərəfindən böyük heyranlıqla istifadə edilib. "Microsoft", digər tərəfdən, sözügedən klaviatura tətbiqinin oktyabrın 5-dən etibarən APP Store-dan silinəcəyini açıqlayıb. Bir ildən artıqdır ki, App Store-da yenilənməyən "Swiftkey" üçün istifadəçilər şikayətlərini dilə gətirirlər. Oktyabrın 5-də silinəcək "Swiftkey" artıq Apple cihazlarında mövcud olmayacaq.