İranda SEPAH-ın komandiri öldürüldü

1 Oktyabr 2022 00:40 (UTC+04:00)

İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində cümə namazından sonra polis məntəqəsinə atəş açılıb. SİA xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Atışma nəticəsində bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.

Məlumata görə, hücum zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat komandiri, polkovnik Əli Musəvi ağır yaralanıb. O, xəstəxanaya aparılsa da, orada vəfat edib.