"Ukrayna üçün heç nə dəyişməyib" - Ukrayna XİN rəhbəri

1 Oktyabr 2022 00:03 (UTC+04:00)

Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etməsindən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan yeni açıqlama gəlib. SİA xəbər verir ki, Kuleba sosial media hesabından açıqlamasında belə deyib. "Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərini öz ərazisinə qatmaqla, yerdə fiziki olaraq belə nəzarət edə bilmədiyi əraziləri ələ keçirməyə çalışır. Ukrayna üçün heç nə dəyişməyib. Biz torpaqlarımızı və xalqımızı azad etməyə davam edəcəyik və əsas niyyətimiz ərazi bütövlüyümüzü bərpa etməkdir”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya ərazisinə birləşdirilməsi ilə bağlı sazişləri bu gün imzalayıb.