2023-cü ildə İstanbul Türk Dünyasının "Gənclik Paytaxtı" olacaq

30 Sentyabr 2022 23:39 (UTC+04:00)

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, "2023-cü ildə İstanbul Türk Dünyasının "Gənclik Paytaxtı" olacaq" deyib. SİA xəbər verir ki, nazir, "2023-cü ildə Türk Dünyasının "Gənclik Paytaxtı" ölkəmizə veriləcək. Bu mənada çox şey daşıdığımızı və bu bayrağı yenidən birlikdə qaldıracağımızı ifadə etmək istərdim. Bu münasibətlə Türk dünyasının sayılıb-seçilən gəncləri üçün yeni paytaxtı sizə elan edəcəyəm. Gənclik təkcə ölkələrimiz üçün gələcək demək deyil, həm də bu gün üçün çox önəmlidir. İstanbulun bu adı qürurla daşıyacağını və bunun türk dünyası gəncləri arasında qardaşlığı, sədaqəti gücləndirəcək, əməkdaşlığımızı çox, daha yüksəklərə yüksəldəcək” dedi.