ABŞ Rusiyanın ilhaq qərarını qınadı və yeni sanksiyaları açıqladı

30 Sentyabr 2022 23:25 (UTC+04:00)

Rusiyanın Ukraynanı ilhaqını pisləyən ABŞ yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb. SİA xəbər verir ki, ABŞ administrasiyası Rusiyanın Ukraynanın bəzi bölgələrindəki “ilhaq” qərarını pisləyib və Rusiya Mərkəzi Bankının sədri də daxil olmaqla, yüzlərlə rus şəxs və qurumuna sanksiya tətbiq etmək qərarına gəlib. ABŞ prezidenti Co Bayden açıqlamasında "ABŞ Rusiyanın bu gün suveren Ukrayna ərazisini ilhaq etmək üçün saxtakarlıq cəhdini pisləyir" ifadəsini işlədib.

Rusiyanın beynəlxalq hüququ pozduğunu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyasını "ayaq altına aldığını" ifadə edən Bayden, "Bu hərəkətlərin heç bir legitimliyi olmadığına şübhə yoxdur" dedi.

ABŞ-ın Ukraynanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşacağını və Ukraynaya yardımı davam etdirəcəyini vurğulayan Bayden, "Bugünkü saxta ilhaq iddialarına cavab olaraq ABŞ tərəfdaşları və müttəfiqləri ilə birgə yeni sanksiyalar elan edir. Bu sanksiyalar statusun dəyişdirilməsinə yönəlib. Ukrayna ərazisinin qeyri-qanuni yollarla işğalı Rusiya daxilində və ya xaricdə olan şəxslərə və təşkilatlara qarşı yönəlib.

Ukraynaya əlavə 12 milyard dollarlıq müdafiə yardımı nəzərdə tutan qanunun Konqresdə qəbul edilməsini səbirsizliklə gözlədiyini ifadə edən Bayden, “Beynəlxalq ictimaiyyətin bütün üzvlərini Rusiyanın qeyri-qanuni ilhaq cəhdlərini rədd etməyə dəvət edirəm. Sona qədər Ukrayna xalqının yanında olun”- dedi