Qasırğanın vurduğu ABŞ-da “küçə köpəkbalığı” qorxusu

30 Sentyabr 2022 23:11 (UTC+04:00)

ABŞ-ın Florida ştatını vuran “İan” qasırğasında şəhərə girən balığın videosu internetdə yayılıb. SİA xəbər verir ki, Fort Myers ştatında yaşayan Dominik Camerattanın çərşənbə günü çəkdiyi videoda su basmış ərazidə balıqların üzməsi hər kəsi heyrətə gətirib. Sosial media və video lisenziyalaşdırma agentliyi Storyful, balıqların qasırğanın su altında qalan Cameratta evinin arxasındakı göldə göründüyünü bildirib. Digər tərəfdən, videodakı heyvanın köpək balığı olub-olmaması sosial mediada müzakirə yaradıb.