Cəlilabadda yol qəzasında iki nəfər ölüb

30 Sentyabr 2022 22:50 (UTC+04:00)

Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. SİA cənub bürosunun verdiyi məlumata görə, “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Onların hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.