Türkiye BAEA-nın İcraiyyə Şurasına üzv seçilib

30 Sentyabr 2022 21:57 (UTC+04:00)

Türkiye 2022-2024-cü illər üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İcraiyyə Şurasına üzv seçilib.

SİA xəbər verir ki, Türkiye Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, BAEA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 66-cı Ümumi Konfransında keçirilən seçkilər nəticəsində Türkiyenin 2022-2024 dövrü üçün Agentliyin İcraiyyə Şurasına seçildiyi bildirilib.

Açıqlamada “Ölkəmizin BAEA-nın İcraiyyə Şurasına üzv olması Agentliyin işinə və hazırkı konyukturada daha da əhəmiyyət kəsb edən məqsədlərinə töhfə vermək üçün güclü iradəmizi nümayiş etdirir” deyilib.

Türkiye bu vəzifəni Qərbi Avropa Qrupundan Danimarka ilə öz üzərinə götürəcək.

Türkiye sonuncu dəfə 2015-2017-ci illərdə BAEA-nın İcraiyyə Şurasında vəzifə götürüb.