Rusiya BMT-yə çağırış edib

30 Sentyabr 2022 21:32 (UTC+04:00)

Rusiya Birləşmiş Millətlər Təşkilatından (BMT) Rusiya gübrəsinin və taxılının ixracına maneələrin aradan qaldırılması üçün tədbir görməsini istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı açıqlama verib.

“Şimal axını 1” və “Şimal axını 2”də təbii qaz sızması məsələsinə toxunan Zaxarova qaz sızmasının baş verdiyi bölgədə NATO infrastrukturunun olduğuna və iyul ayında NATO-nun bu bölgədə təlim keçirdiyinə diqqət çəkib.

Mariya Zaxarova bu vəziyyətdən Amerika Birləşmiş Ştatlarının (ABŞ) faydalana biləcəyinə diqqət çəkərək, hadisənin araşdırılmasının vacibliyini vurğulayıb:

“Biz inanmaq istəyirik ki, Baltik dənizində qaz borularında baş verənlərlə bağlı beynəlxalq araşdırma obyektiv olacaq”.

Rusiya sözçüsü ölkəsinin gübrə və taxıl ixracına qoyulan məhdudiyyətlərə də toxunaraq deyib ki, BMT-dən avropalılar və amerikalıların Rusiya gübrəsi və taxılının qlobal bazarlara daşınması qarşısındakı maneələri aradan qaldırmaları sahəsindəki təşəbbüslərini fəal hala gətirməsini gözləyirik.